Almaniya kansleri İsraili dəstəklədiyini AÇIQLADI

13-10-2023, 00:09           
Almaniya kansleri İsraili dəstəklədiyini AÇIQLADI
Almaniya kansleri Olaf Şolz Berlində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Yaxın Şərqdə pisləşən vəziyyəti müzakirə edib.

32gun.az bildirir ki, bu barədə Almaniya hökumətinin mətbuat sözcüsü məlumat yayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda həmçinin bunlar qeyd olunub:

"Kansler Şolz təsdiq edib ki, Almaniya qətiyyətlə İsrailin tərəfindədir və terror aktını qəti şəkildə pisləyir. İsrailin beynəlxalq hüquqda təsbit olunmuş özünü və vətəndaşlarını müdafiə etmək hüququ var.

Söhbətin digər əsas məqamı HƏMAS tərəfindən saxlanılan girovların taleyi olub, onların arasında Almaniya vətəndaşları da var. Kansler Şolz girovların sağlamlığına görə HƏMAS-ın tam məsuliyyət daşıdığını vurğulayıb. O, onların tezliklə azad edilməsini tələb edib.

Bununla əlaqədar olaraq, kansler Qətərin humanitar səylərini yüksək qiymətləndirib. Bu məsələ ilə bağlı yaxın təmasda qalmaq barədə razılıq əldə olunub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru