Prezident Administrasiyası Türkiyədəki olaylara REAKSİYA VERDİ - “Azərbaycan Türkiyədəki hərbi çevriliş cəhdini qətiyyətlə pisləyir və qəbuledilməz sayır”

16-07-2016, 12:41           
Prezident Administrasiyası Türkiyədəki olaylara REAKSİYA VERDİ - “Azərbaycan Türkiyədəki hərbi çevriliş cəhdini qətiyyətlə pisləyir və qəbuledilməz sayır”
“Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız, prezident də bütün gecəni çox narahat olub. Bunu bütün Azərbaycan edib və bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir, Türk xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N. Məmmədov deyib ki, baş verənlər Türkiyənin Ana Yasasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir: “Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Amma Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq belə çevriliş cəhdləri reallaşa və qəbul edilə bilməz. Türkiyənin başında bu gün xalqının demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Düşünürəm ki, bu çevriliş cəhdi Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru