Jirinovski: “Türk hərbçiləri onsuz da hakimiyyəti ələ alacaq”

16-07-2016, 15:04           
Jirinovski: “Türk hərbçiləri onsuz da hakimiyyəti ələ alacaq”
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin fikrincə, Türkiyədəki bütün hərbi çevrilişlər yaxşı mənada demokratik dəyişikliklərə gətirib.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirinovski Türkiyədə uğursuz hərbi çevrilişdən sonra bu ölkədə hərbçilərin istənilən halda hakimiyyətə gələcəklərini deyib. O əlavə edib ki. Rusiya Türkiyədə hakimiyyətdə olan hər hansı hökumətlə münasibət qurmalıdır.
“Türk hərbçilərinin bütün çevrilişləri demokratiyanın inkişafına, cinayətkarlıqla mübarizənin güclənməsinə gətirib çıxarıb. Biz Türkiyədə mövcud olan hakimiyyətlə münasibət qurmalıyıq. İnandırıram ki, yaxın illərdə hərbçilər onsuz da hakimiyyəti ələ alacaqlar. Mən əvvəldən demişdim ki, hər şey hərbi çevrilişlə bitəcək”, – Jirinovski deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru