Azərbaycanda deputat seçilmək üçün yaş- 18-ə endirilir

18-07-2016, 23:13           

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, referendum layihəyəsində təklif edilən dəyişikliklərdə parlament seçkilərində namizədlərə tətbiq edilən 25 yaş məhdudiyyətinin aradan qaldırılması da nəzərdə tutulur:
“85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin”.
Qeyd edək ki, ölkədə seçkilərdə iştirak etmək hüququna 18 yaşı tamam olan şəxslər malikdirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru