Yuri Qoliqorski: “Kemeronun gəlişi ilə Bakı ilə London arasında münasibətlər daha da inkişaf edəcək” - VİDEO

14-11-2023, 11:54           
Yuri Qoliqorski: “Kemeronun gəlişi ilə Bakı ilə London arasında münasibətlər daha da inkişaf edəcək” - VİDEO
“Devid Kemeronun Böyük Britaniyanın Xarici İşlər Naziri təyin edilməsi tamamilə gözlənilməz qərardır”.

Bunu “CBC TV Azərbaycan”a müsahibəsində britaniyalı jurnalist Yuri Qoliqorski deyib.

“Böyük Britaniyanın tarixi boyu keçmiş baş nazir cəmi 12 dəfə hökumətdəki bu və ya digər vəzifəyə qayıdıb. Bundan başqa, 2016-cı ildə Kemeron siyasətdən tamamilə gedib. O, bundan sonra siyasətlə məşğul olmayacağını söyləyib və şəxsi həyatına davam edib. O, qayıtmaq üçün ilk növbədə Lordlar Palatasına keçməlidir, əks halda geri qayıda bilməzdi…
Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər bu təyinatdan sonra daha da inkişaf edəcək. Azərbaycan Böyük Britaniyanın yaxın müttəfiqi, dostudur. Azərbaycan təkcə Britaniyaya deyil, bütün Avropaya enerji resurslarının təchizatı ilə bağlı çətinlikləri aradan qaldırmağa kömək edən ölkələrdən biridir”, - deyə o, əlavə edib.

Daha ətraflı videosüjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru