Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının Minskdə keçiriləcək iclasına getməyəcək.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bu gün baş tutan telefon danışığında bildirib.
Xatırladaq ki, KTMT liderlərinin sammiti bu ay Minskdə keçiriləcək.