Paşinyanı devirmək istəyiblər: qarşısını kim alıb? - DETALLAR

14-11-2023, 12:36           
Paşinyanı devirmək istəyiblər: qarşısını kim alıb? - DETALLAR
Ermənistan müxalifəti Nikol Paşinyanı devirmək məqsədilə müvəqqəti hökumət yaradıb.

Publika.az xəbər verir ki, müvəqqəti hökumətə keçmiş ombudsman Arman Tatoyan rəhbərlik edir.

Bu layihənin davam etdirilməsi üçün əsas tələb bütün keçmiş prezidentlər və katolikslərin dəstəkləməsidir.

“Hraparak” nəşri yazır ki, birinci prezident Levon Ter-Petrosyan ideyanı dəstəkləməkdən imtina etdiyi üçün layihə təxirə salınıb.

Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan və keçmiş ombudsman Tatoyan məlumatı təkzib etsə də, nəşr mənbələrə istinadən müəyyən detalları açıqlayıb.

“Milli Komitənin rəhbəri Vazgen Manukyan müxtəlif tərəflərlə, o cümlədən, Ter-Petrosyanla görüşməyə, danışıqlar aparmağa çalışıb. Lakin Petrosyan ümumiyyətlə görüşməkdən imtina edib”, - nəşr yazır.
V.Manukyan da məlumatı təkzib etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru