Peskov Paşinyana cavab verdi

20-11-2023, 16:49           
Peskov Paşinyana cavab verdi
Kremlin sözçüsü Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Bakı və İrəvan, eləcə də müharibəyə hazırlıq barədə söylədiyi fikirlərə münasibət bildirib.

Yenisabah.az "Sputnik"ə istinadən xəbər verir ki, sözçü Paşinyanın dedikləri barədə xəbərsiz olduğunu deyib.

"Mən bu cür bəyanatlarla tanış deyiləm, sülh müqaviləsinə hazır olmağa dair rəsmi məlumatlar var. Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən tam fərqli bəyanatlar eşitmişik ki, onlar sülh müqaviləsi bağlamağa hazır olması barədə dəqiq danışırlar. Ona görə də hazırda cənab Paşinyanın açıqlamalarının bu hissəsi barədə konkret heç nə deyə bilmərəm", - Peskov söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.