“Dağlıq Qarabağ” məsələsi bizim üçün mövcud deyil - Alen Simonyan

28-11-2023, 16:17           
“Dağlıq Qarabağ” məsələsi bizim üçün mövcud deyil - Alen SimonyanErmənistan üçün “Dağlıq Qarabağ” məsələsi mövcud deyil.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıb.

“Biz son il yarım ərzində bunu bəlkə də səkkiz dəfə bəyan etmişik. Hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”, deyə o, qeyd edib.

"Zamanla azərbaycanlılar istəsələr, Ermənistanda məskunlaşa biləcəklər. Ermənilər və azərbaycanlılar yan-yana yaşamalı və ticarət etməlidirlər”, - deyə Alen Simonyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru