MKİ rəhbərinin Qətərdə apardığı gizli danışıqların detalları açıqlandı

29-11-2023, 00:07           
MKİ rəhbərinin Qətərdə apardığı gizli danışıqların detalları açıqlandı
Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İsrailin MOSSAD kəşfiyyat agentliyinin rəhbəri David Barnea, Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və HƏMAS hərəkatının üzvləri ilə gizli görüşlər keçirmək üçün Qətərə gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Burns HƏMAS və İsraili girovların siyahısını kişilər və hərbçilər də daxil olmaqla genişləndirməyə çalışır. Tərəflər hazırda yalnız qadın və uşaq mübadiləsi aparırlar.

Qəzetin mənbələri bildirirlər ki, o, həmçinin İsrailin HƏMAS-la müharibədə fasilə verdiyi hər gün üçün ən azı 10 nəfəri azad etmək tələbini nəzərə alaraq, hərbi əməliyyatlarda daha uzun bir neçə günlük fasilə tələb edir.

Onların sözlərinə görə, MKİ rəhbəri həm də Amerika tərəfinin 9 nəfər hesab etdiyi amerikalı girovların HƏMAS əsirliyindən dərhal azad edilməsində israrlıdır.

Mərkəzi Kəşfiyyat İdarəsi Burnsun gizli saxlanılan səfəri ilə bağlı şərh verməkdən imtina edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.