İrəvan və Moskva “Yuxarı Lars”dakı vəziyyəti müzakirə edəcək

29-11-2023, 19:34           
İrəvan və Moskva “Yuxarı Lars”dakı vəziyyəti müzakirə edəcək
İrəvan və Moskvanın nümayəndələri Avrasiya İqtisadi Komissiyası çərçivəsində Ermənistan məhsullarının Rusiyaya idxalı ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlament komissiyasının iclasında “Rosselxoznadzor”un bəyanatını şərh edərkən deyib.

Erməni nazir qeyd edib ki, ötən il də 40-dan az (indi artıq 72-dir - red.) oxşar hal baş verib və məhsullar Rusiyadan geri qaytarılıb:

“İndi “Rosselxoznadzor”un məlumatı və mövcud informasiyalar problemin mahiyyətini başa düşmək üçün müvafiq orqanlarımız tərəfindən diqqətlə öyrənilir”, - o bildirib.

Qeyd edək ki, Ermənistandan Rusiyaya “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının keçidinə icazə verilmir. Ermənilər bunu siyasi qərar və Ermənistana qeyri-rəsmi sanksiya hesab edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru