Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq: - "Odessa ələ keçən kimi, münaqişə bitəcək"

6-12-2023, 18:04           
Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq: -
Ukrayna münaqişəsi Krım və Sevastopolun təhlükəsizliyini təmin etmək üçün Rusiya ordusunun Odessanı ələ keçirməsi ilə başa çatacaq.
Bunu ABŞ-ın təqaüddə olan keçmiş kəşfiyyatçısı Skott Ritter “Ask The Inspector”a müsahibəsində deyib.
“Mən inanmıram ki, Rusiya Odessa və ya Qara dəniz sahillərinin təhlükəsizliyini təmin etmədən, Ukraynanı bölmədən bu münaqişəyə son qoysun. Çünki Kiyev və Qərb o ərazilərdən Krımı və Sevastopolu təhdid etmək üçün istifadə edir”,- o deyib.

Keçmiş kəşfiyyatçı onu da əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətindən sonra Rusiya Kiyevin tam şəkildə siyasi süqutuna can atacaq.

"Hazırda isə hərbi münaqişənin son mərhələsi gedir", - Ritter fikrini yekunlaşdırıb.

Qey edək ki, Skotter bir neçə dəfə Kiyevin maraqlarına uyğun olmayan proqnozlar verib. O, “Müfəttişdən soruş” podkastında danışarkən deyib ki, əgər Ukrayna Moskva üçün məqbul şərtlərlə sülh sazişi bağlamasa, əraziləri itirməkdə davam edəcək.

Mənbə: AzVision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru