"ƏLİ XAMNEYİNİN" AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ İSTİQLALÇI YÜKSƏLİŞİNDƏN DUYDUĞU ÖLÜM QORXUSU!

25-12-2023, 10:03           
"ƏLİ XAMNEYİNİN" AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ İSTİQLALÇI YÜKSƏLİŞİNDƏN DUYDUĞU ÖLÜM QORXUSU!
(Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının Bildirişi)

Əli Xamneyi, 21Azərin 78-ci ildönümündə, bir qrup Azərbaycanlı ilə görüşdü. O, bu görüşdə Azərbaycan tarixində ən önəmli günlərdən biri olan 21 Azərə toxunmadan İran-İraq savaşında 10 min Azərbaycan türkünün (Azrbaycan 8 illik bu savaşda 200,000 dən çox gəncini itirmişdir.) həlak olmasını iranilik vurğunluğu kimi dilinə gətirərək, bir dini rəhbər olaraq deyil, bir pan iranist diktator kimi çıxış etdi. O, "əsil İran kimligindən uzaq düşənlərə" meydan oxudu. O, Azərbaycanın İran kimliyindən qopmasının qəbul edilməzliyinə deyinərək, belə durumda dolayısı ilə "Azərbaycanın sillə yiyəcəyini" də vurğu yapdı! Baş diktator, sözlərinin ən önəmli bölümlərində aşağı cümlələr ilə ölmədən öncə ölüm qorxusu yaşadığını acıqca göstərmiş oldu:

"Təbriz və Azərbaycan Haqqında çoxlu təriflər olubdur…","…Bizim görəvlərimizdən biri diqqətimizin özümüzdə, tam özümüzdə olmasıdır.”İran milləti”(?) öz kimliyini unutmamalıdır. Unudursa zərbə yeyər, sillə yeyər,...Azərbaycanı başqalarından üstün tutan kimliyinə, özəlliyinə bağlı qalmasıdır. Tam anlamı ilə Azərbaycan adlandırdığımız toplamın başqalarından üstün olması məhz İran kimliyinə (?) və (İran) millətinə bağlı olmasıdır...Azərbaycan və Təbriz şəhidlər yatağıdır"...
Ömrünün 44 ilini rəsmi dövlət kadrı və despot başçı kimi Azərbaycan Türk Millətinə və insanlığa qarşı düşmənlik edən S. Ə. Xamneyinin 21 Azəri ildönümündə millətimizlə, yurdumuzla, 30,000 türkün milli Hökumətı uğruna soyqırım sayağı şəhid ruhu qarşısında alay edərək, hədə-qorxu yağdırması çox anlamlıdır.
Xamneyinin İran millətilə (?) başlayıb Azərbaycanın hədələməsilə bitirən sözlərinə cavab olaraq demək gərkir ki:

- İran milləti adında bir millət yoxdur. İran adlanan sömürgən dövlətin İngiltərənin bir başa və Rusiyanın paralel dəstəyi ilə yaranmasının tarixi 1925-ci ilə dayanır. Miladdan öncəki Türk dövlətləri bir kənarda qalsın, miladdan sonrakı illərdə türklərin hegemonluğunda olan bölgə dövlətlərinin adı Xəzərlər, Atrupatlar, Qaraxanlılar, Qəznəvilər, Səlcuqlular, Elxanlılar, Atabəylilər, Qaraqoyunlular, Ağ qoyunlular, Səfəvilər, Avşarlar, Qacarlar olmuşdur. Bu dönəmlərin heç birində qondarma iranilik izi olmamışdır. Soykökü Türk olan bu dövlətlərin dilləri iltisaqi türkcə olmuşdur. Ayrıca bu dövlətlərin zamanında başqa etniklərin dil və el varlığına ən ufaq belə, əl uzadılmamış, tərsinə sahib çıxılmışdır.
Qacarların son dönəminədək milli əritmə (assimilasiya) sözünə heç bir qaynaqda rast gəlmək mümkün deyil. Ancaq, 1920-ci illərdən sonra İngiltərə və Rusiyanın işəbirlikçiləri sarından Fars (Pərs) azınlığının türklüyə qarşı iş başına gəlməsi ilə assimilasiya sözcüyü də doğuldu. Bu yeni terminin çox keçmədən panfarsizmin kəskin mili-siyasi ideolojik silahı olaraq dövlət sisteminin ən qorxunc anti-bəşəri qurumunda yol göstəri rola sahib oldu. Həman zamandan başlayaraq başda türkün zəngin və tarixi varlığı, ardınca isə Türk dövlətlərinin qarantısı altında olan Ərəb, Kürd, Bəluç və bütün qeyri-fars millətlərin dili, kültürü və varlığı danılmağa başladı. İran adı ancaq, panfarsizmin paniranizm dizaynı üzərində Rza Pəhləvi tərəfindən 1936-cı ildə rəsmi dövlət adı kimi qəbul olundu.

- Azərbaycanın iki kimliyi yoxdur. bəlkə tək bir kimliyi vardır – Azərbaycan Türk Kimliyi!
Tarix boyu bölgənin ən önəmli siyasi mərkəzlərindən olan Azərbaycan, hər zaman Türk kimliyi üzərində qurulan iqtidarlı dövlətlərin mərkəzi olmuşdur. İran bir dövlət adı olaraq, entik kimliyi daşıyamaz! Lakin, Türk bir soykök olaraq ulusal kimlik kimi dünyanın etnoqrafik listəsinə daxildir. Fars (Pers) ilə Türk etnosunun qiyaslanması doğrudursa, İran ilə Türk varlığının qiyaslanması doğru olamaz! Bu da ulusal kimliklə coğrafiya bilgisindən xəbərsiz olan Xamneyi üçüu bir dərs olsun!

- Axund tələbəxanalarında gənc mollalara verilən ilk dərs belədir:«İnsanlara qoyun sürüsü kimi baxın!» İlk eyitimilə yonulan Xamneyinin xor və alçaq baxışlarına qarşın, Azərbaycan Türk Millətinin gündən-günə insancıl baxışları, əyilməzliyi, qorxmazlığı və gələcəyə özgürcə inamı zirvə yapmaqdadır. İstər İslam Cümhuriyyəti, istər cücə Mücahid çətəsi, istərsə də yarım Pəhləvi faşıstlərinin farsçı-şuubi həvəslərinə rəğmən Güney Azərbaycan gəncliyinin yönü bəllidir. Bu fasid toplusunun kiçik xolyasına qarşın Güneyin baxışaçısı insanlıq, özgürlük, bağımsızlıq və eşidlikdir. Türkün bəşəriyytə bəxş etdiyi bütün gözəl bəşəri sifətlərin faşistlərdən nə qədər uzaq olduğu kimsədən gizli deyildir. Təktanrıçılıq və laiklik kimi bəşəri terminlərin sahibi olan türklərin faşist şuubi-farsçılıqla heç bir ilişkisi yox və olamaz da! Bunu günümüzün baş virusları olan Xamneyilərin xəstə beyinlərinə soxmaq mümkün olmasa da, çağın öncülü olan Türk gəncin dərk etməsi çox qolaydır.

- 100-illik bəşəriyytin üz qarası olan farsçı rejimlərin Güney Azərbaycana, İran adlanan dövlətin çeşidli bölgələrinə yayılan Türk millətinə, Güney Türkmənistana, Qaşqayistana, Ərəbistana (Ələhvaz), Küdistana, Sistan-Bəluçistana, habelə başqa qeyri-fars xalqların yaşadığı yerlərə maddı-mənəvi zərbələrin sınırı yoxdur. Bu rejimin 100 ilə yaxın ömürü millətlərin yeraltı-yerüstü varlığının talanması ilə keçibdir. Sadəcə bircə örnək ayrı-seçkilik uçurumun dərinliyini göstərmək üçün yetərlidir. Farsçı dövlətin rəsmi yaydığı statiskaya görə: 1400günəş/2021miladi ilin ostanlara (əyalət) aid büdcə dağıtımında İsfəhanın təkbaşına payı %6/1 idi. Halbuki, Güney Azərbaycanın doqquz əyalətinin dördünün toplam büdcə payı tam-tamına İsfəhanla birə-bir idi. Belə ki, Doğu Azərbaycan %3/4, Batı Azərbaycan %0/9, Zəngan %1/3, Ərdəbil %0/5 toplam %6/1 ilə İsfəhanla eyn yüzdəni oluşdurudu. Bu bir haldadır ki, yenə İran dövlətinin rəsmi və caydırıcı verilərinə görə, İsfəhanın 5,000,000 və bu 4 ostanın 11,000,000 nüfusu vardır. Xamneyinin Azərbaycanı hədələməsindən öncə, bir anlığına insanlıq edib, ortaya qoyduğu tabloya baxması gərkir.

- Azərbaycanın həyat incisi Xamneyinin göstərişi ilə illərdir açıq şəkildə can çəkişir. Bəşəriyyətin düşməni olan şuubi diktator bir kərə olsun belə, Urmu gölünün qurumasından danışmayıbdır. O, Azərbaycanın əsir xalqlar içindəki həyati rolunu tərsinə çevirmək üçün Urmu gölünün qurudulmasını bir stratejik hədəf kimi güdür. Xamneyiyə görə, Urmu gölünün quruması üzündən ortaya çıxan ölüm fəlakəti ilə milyonlar türkün öz ana yurdundan sürgün düşməsi arasında fərq yoxdur. Xamneyi üçün türkün ölümü bəxtiyarlıq, sürgünü isə assimilyasiya və bölgə dəyişimi və etnik dağıtımı üçün bir “etniksəl fürsət” sayılır.
Rəfsəncaninin prezidentlik dönəmindən bəri Azərbaycanın incisi və bəşəriyyət irsinin yaşaması üçün dövlətdən minimum büdcənin ayrılması milyonlar Azərbaycan türkünün ən nəcib diləyi olmuşdur. Ancaq, milyonlar türkün göz yaşına baxmayaraq, rejimin ən böyük projəsi sayılan Bəsrə körfəzindən iranın mərkəzi qoraqlıq bölgələrinə su yetirmə layihəsinə dünyaca böyük büdcə ayrıldı. Xamneyi, dövlət marağını bu proyektə yüksəltmək üçün milyarlar dollar ”İmam Malı Xəzanəsindən” yardım etdi. Nəhəng büdcələrə rəğmən verimsizliyi sürən bu taslaq üçün hər il daha böyük büdcələr ayrılır. Halbuki, Urmu gölü üçün bu ilin də milli büdcəsində yer yoxdur. Yəqin ki, bu açıq ayrı-seçkilik üçün yenə Xamneyi susqun qalacaq.
Çünki, Urmu gölünün qurudulması ilə bağlı yol xəritəsi bundan çox zaman öncə Cəmaran sarayında və Xamneyinin öz əmri altında cizilmişdir.

- Azərbaycanın yolu bütünlüklə irandan ay
rılıbdır. Bunu illər öncə Rəfsəncanının Xarici İşlər Naziri və Xamneyinin indiki ali müşaviri Əli Əkbər Vilayəti çox gözəl bilir. O zaman Rəfsəncaniyə dediyi sözü Xamneyiyə də deməlidir. Hələ o gündən bu günə Azərbaycan daha çox güclü, qurtuluşçu, istiqlalçı və bağımsızca milli dövlətçiliyinə doğru yürüməkdədir. Sözsüz ki, Xamneyinin oğluna qoyacağı ancaq bir viran İran olacaqdır. Bu viranlığın kullərindən doğan azad, özgür və bağımsız dövlətlər çıxacaqdır. Bölgə axundizmdən qurtulacaq, dünya əprimiş ölüm qoxusundan nicat tapacaqdır.
- Sözsüz ki, Güney Azərbaycan Türk Cümhuriyyətinin qurulması ilə 200 illik parçalanmış Azərbaycan hikayəsi artıq keçmiş olay kimi tarix kitablarında tədris olunacaq. Bütöv Azərbaycan dövləti ilə Türk Dünyası Turan Evində birləşəcəkdir.

Xamneyinin və onun sələflərinin bu sətirlərə bir kərə deyəl, min kərə cəlb olunması gərəkir.
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı başqanı
Eldar Qaradağlı
2023-12-24
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.