Çexiya Ukraynaya qayıdacaq qaçqınlara vəsait ödəyəcək

25-12-2023, 11:14           
Çexiya Ukraynaya qayıdacaq qaçqınlara vəsait ödəyəcək
Çexiya hökuməti vətənlərinə qayıtmağa qərar verəcək ukraynalılara maliyyə yardımı edəcək.

APA-nın xəbərinə görə, “The Insider” bu barədə Çexiya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan və Prezident Petr Pavel tərəfindən imzalanan sənədə əsasən məlumat yayıb.

Hökumət hələ geri qayıdacaq qaçqınlara ödəniləcək vəsaitin həcmini müəyyənləşdirməyib. Ancaq bu vəsait hər hansı qaçqına ancaq bir dəfə ödəniləcək. Çexiya hökumətinin Ukraynaya qayıtmaq üçün vəsait ödədiyi qaçqın yalnız həmin vəsaitin yarısını qaytardığı halda yenidən Çexiyaya dönə biləcək.

Eyni zamanda müharibənin tezliklə başa çatmayacağı nəzərə alınaraq, Çexiya hökuməti ukraynalı qaçqınların sosial müdafiəsinə yönəlik proqramın müddətini 31 mart 2025-ci ilə qədər uzadıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru