"Ukrayna Rusiya ilə birgə Qərbə qarşı iddia qaldırmalıdır” - Arestoviç

25-12-2023, 11:34           
"Ukrayna Rusiya ilə birgə Qərbə qarşı iddia qaldırmalıdır” - Arestoviç
Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç ölkəsini Rusiya ilə danışıqlar aparmağa və “Qərbin bir hissəsi olmaq” planlarından əl çəkməyə, həmçinin Qərb ölkələrinə qarşı “birgə iddia” qaldırmağa çağırıb.

"Strana.ua" xəbər verir ki, o, bu barədə rusiyalı jurnalist Yuliya Latıninanın efirində danışıb.

Keçmiş müşavir bəyan edib ki, bir-birini öldürməyə davam etməyin mənasını görmür.

“Niyə? Bundan nə qazanırıq - həm Rusiya, həm də Ukrayna... Brüssel və Vaşinqtonun regional komitələrindən olan əmilərin xoşuna gəlir, iki bıçaqlı meymun bir-birini öldürərkən alqışlayırlar?” - deyə Arestoviç sual edib.

Onun fikrincə, Ukraynanın hazırkı modeli sıradan çıxıb və yalnız “yeni Ukrayna” Rusiya Federasiyası ilə razılığa gələ biləcək. Putin bugünkü Ukraynaya “təzyiq göstərəcək” və “o, dayanmaq fikrində deyil”.

“Ona görə də “Putinin yanına gəlməliyik və birlikdə Qərbə qarşı iddia qaldırmağı təklif etməliyik”, - Aretoviç bildirib.

Onun fikrincə, Qərb Ukraynadakı müharibəyə qoşulmadı, həmçinin NATO-nu genişləndirməklə Rusiyanın maraqlarını nəzərə almadı. Odur ki, bütün tərəflərin maraqlarını nəzərə alan yeni kollektiv təhlükəsizlik sistemi yaradılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.