Şahramanyan “artsax ləğv edilməyib” demək üçün tapşırığı kimdən alıb? – Babacanyandan ŞOK iddia

25-12-2023, 10:57           
Şahramanyan “artsax ləğv edilməyib” demək üçün tapşırığı kimdən alıb? –
“Ermənistan dövlətçiliyinə qarşı olan Samvel Şahramanyan və tərəfdarlarını zərərsizləşdirmək, onları beşiklərində boğmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu “Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyan keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın “artsax ləğv edilməyib” sözlərinə münasibətdə deyib.

A.Babacanyan S.Şahramanyanın digərlərindən üz çevirərək Qarabağdan qaçdığını bildirib:

“Guya Şahramanyan imzaladığı sənədi ləğv edib. İndi başa düşürsünüz ki, niyə o sənədin elə imzalandığı gün deyil, yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub? Anlayırsınızmı, nəyə görə Şahramanyan onu hakimiyyətə gətirən Bako Saakyan, Arkadi Qukasyan və digərləri ilə birlikdə Bakıya aparılmaq əvəzinə, rusların müşayiəti ilə Xankəndidən vertolyotla hazırda Rusiyanın nəzarətində olan Sisian hava limanına aparıldı?Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilməsi üçün Davit Babayanı müşayiət edən Şahramanyan özü qaçdı”.

“Şahramanyan Ermənistandakı fəaliyyətini müvafiq dairələrlə danışıb koordinasiya edir. O və Qarabağdan gələn 22 “deputat” barəsində dərhal tədbir görülməlidir”, – Babacanyan deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.