İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketi aldığını təsdiqləyib

25-12-2023, 18:34           
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketi aldığını təsdiqləyib
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təkliflər paketi alıb.

«AzPolitika.info» Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Yada salaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının bu il noyabrın sonunda İrəvandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini aldığını bildirmişdi.

“Bir ay ərzində hazırladığımız təkliflər paketi Ermənistana təqdim olundu. Proses davam edir. Düşünürəm ki, görüşlər 2024-cü ildə baş tutacaq. Biz bu məsələyə real və optimist baxırıq. Eyni zamanda, sülh sazişindən danışarkən başa düşməliyik ki, o, hər şeyi 100 faiz həll etməyəcək”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru