️Lukaşenko: Fransa öz daxilində heç nəyi həll edə bilmir, Qafqaza girməyə çalışır

26-12-2023, 10:14           
️Lukaşenko: Fransa öz daxilində heç nəyi həll edə bilmir, Qafqaza girməyə çalışır
Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrinin Ermənistana istənilən şəkildə kömək edəcəyi fikrinə şübhə ilə yanaşıb.

Bu barədə Lukaşenko Sankt-Peterburqda keçirilən Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasından sonra jurnalistlərə müsahibəsində deyib.

"Onlara kim kömək edəcək? Avropada Fransa nəsə etməyə çalışır. Fransada nələrin baş verdiyini görürsünüz. Öz ölkələrində heç nəyi həll edə bilmirlər. Ermənilər də bunu görürlər", - deyə Belarus Prezidenti bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru