İsrail Musəvini məhv etdi - İranın “cavabı”

26-12-2023, 13:20           
İsrail Musəvini məhv etdi - İranın “cavabı”
Tehran İsrail ordusunun Suriyada İranın hərbi müşaviri general Rza Musəvinin ölümü ilə nəticələnən hərəkətlərini kəskin şəkildə pisləyir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Sionist rejim öz acınacaqlı mövcudluğu müddətində beynəlxalq qayda və normaları daim pozaraq çoxlu müxtəlif cinayətlər törədib. İndi də qorxaq bir terror aktı törədib. İran lazımi tədbirləri görmək və İsrailin hərəkətlərinə lazımi yerdə cavab vermək hüququnu özündə saxlayır”, - Kənani bildirib.

Qeyd edək ki, dekabrın 25-də İsrail ordususunun endirdiyi zərbələr nəticəsində iranlı general Rza Musəvi Dəməşqin cənubundakı Seyidə Zeynəb bölgəsində öldürülüb.
axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.