MKİ-nin keçmiş əməkdaşından iddia: “ABŞ Ukraynaya nüvə bombası vermək niyyətindədir”

27-12-2023, 16:38           
MKİ-nin keçmiş əməkdaşından iddia: “ABŞ Ukraynaya nüvə bombası vermək niyyətindədir”
“ABŞ Ukraynaya nüvə silahının verilməsinə haqq qazandırmaq üçün təxribat törədə bilər”.

Bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey MakQovern “Dialogue Works” “YouTube” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, amerikalıların gözündə Ukraynaya kiçik nüvə bombasının verilməsinə haqq qazandırmaq üçün müxtəlif bəhanələrdən istifadə olunacaq.

MakQovern əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin bir müddət əvvəl ABŞ-yə səfəri də məhz nüvə silahı ilə bağlı olub. Ekspert hesab edir ki, Vaşinqtonun “müharibə partiyası” planın həyata keçirilməsini həvalə etmək üçün Ukrayna liderini şəxsi görüşə çağırmış ola bilər.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru