Rusiyadan Ermənistana yeni hədə ... – Zaxarova İrəvana bunu xatırlatdı

28-12-2023, 08:54           
Rusiyadan Ermənistana yeni hədə ... –
“Xarici qüvvələrin İrəvanı daha da təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Biz görürük ki, Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Onun hisslərindən, tarixi yaddaşından, ağrılarından, iztirablarından yalnız öz maraqları üçün istifadə edirlər. Münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, biz Ermənistanın sülhü, sabitliyi və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də bizim üçün çox vacibdir. Bir sıra səbəblərə görə: bu, bizim ümumi tariximizdir, xalqların və mədəniyyətlərin bir-birinə nüfuz etməsi və regional vəziyyətin sabitliyi. Bunlar ümumi çağırışlar və birgə həlli daha asan olan ümumi problemlərdir”, - Zaxarova qeyd edib.

O, xatırladıb ki, Rusiya və digər Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvü olan ölkələrlə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan iqtisadiyyatı təsirli artım nümayiş etdirir. “Biz öz tərəfimizdən əməkdaşlığın əsas istiqamətləri üzrə planlaşdırılan bütün layihələrin gələcəkdə də həyata keçirilməsinə sadiqik”, - o vurğulayıb.

“Mən öz adımdan Ermənistan xalqına Yeni ildə sülh, firavanlıq və mümkünsə, gələn ildə üzləşdikləri problemlərdən daha az problem yaşamalarını arzulayıram”, - Zaxarova yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.