“The Independent”: Əfqanıstanın informasiya siyasəti İranın əlindədir

28-12-2023, 13:24           
“The Independent”: Əfqanıstanın informasiya siyasəti İranın əlindədir
Britaniyanın “The Independent” nəşrinin Əfqanıstandakı əməkdaşı Muxtar Vəfai iddia edib ki, Əfqanıstanın informasiya siyasətini Tehran müəyyənləşdirir.

Jurnalist bildirib ki, 45 nəfərdən ibarət informasiya siyasəti üzrə iranlı mütəxəssis 2021-ci ilin dekabr ayından etibarən Kabildə oturur və “Taliban”a sözügedən sahə üzrə məsləhətlər verirlər.

Eyni zamanda qeyd olunur ki, informasiya sahəsinə cavabdeh olan informasiya agentliyinin rəhbərləri müxtəlif tədbirlər üçün Tehrana dəvət olunurlar.
Muxtar Vəfai bildirib ki, bu yaxınlarda “Taliban” hökumətinin xarici işlər nazirinin müavini Məhəmməd Abbas Stanikzai tərəfindən qəbul edilən iranlı jurnalistlərdən ibarət nümayəndə heyəti də təcrübə mübadiləsi aparmaq üçün Əfqanıstana səfər ediblər.

Mənbə: Sputnik Əfqanıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru