Rusiya Yaponiyaya xəbərdarlıq etdi

28-12-2023, 15:24           
Rusiya Yaponiyaya xəbərdarlıq etdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyanın Ukraynaya öz inventarında olan Patriot raketlərini verməsinin ciddi nəticələrə səbəb olacağı ilə bağlı Tokioya xəbərdarlıq mesajı göndərib.
Zaxarova həftəlik mətbuat konfransında Yaponiyanın silah ixracı siyasətində əhəmiyyətli dəyişiklik edərək ABŞ-yə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərmək planlarına reaksiya verib.
Zaxarova, Yaponiyanın sürətli silahlanma prosesi ilə birləşdikdə bunun qlobal və regional təhlükəsizlik üçün konkret mənfi nəticələrə səbəb olacağını vurğulayıb.
Yaponiyanın ABŞ-yə göndərəcəyi “Patriot” sistemlərinin Vaşinqton tərəfindən sursat çatışmazlığı olan Kiyevə göndəriləcəyinə diqqət çəkən Rusiya Xarici İşlər sözçüsü, “Yaponiyanın raketləri Ukrayna ordusunun əlinə keçərsə, bu hərəkətlər ikitərəfli münasibətlər kontekstində Rusiyaya qarşı düşməncəsinə addımlar kimi qiymətləndiriləcək” , - deyə Zaxarova əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru