İran "Süleymaninin qisası idi" iddiasını ortaya atdı: HƏMAS "ağzından vurdu"...

28-12-2023, 10:06           
İran "Süleymaninin qisası idi" iddiasını ortaya atdı: HƏMAS "ağzından vurdu"...
Fələstinin HƏMAS təşkilatının oktyabrın 7-də keçirdiyi hücumdan sonra baş verənlərlə heç bir əlaqəsi olmadığını dəfələrlə iddia edən iranlı idarəçilərdən bu dəfə fərqli açıqlama gəlib.

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü general Ramazan Şərif fələstinli qrupların İsrailə qarşı başlatdığı əməliyyatın 2020-ci ilin əvvəlində ABŞ-ın İraqda həyata keçirdiyi hava hücumu nəticəsində öldürülən Qasim Süleymaninin qisası olduğunu deyib.

Şərif həmçinin iddia edib ki, bir müddət əvvəl İsrailin Suriyada həyata keçirdiyi hava hücumunda öldürülən İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən biri olan Rza Musəvi İsrailin məğlubiyyətini ört-basdır etmək üçün öldürülüb. Digər tərəfdən İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiyani Musəvinin qisasının lazımi anda alınacağını bildirib.

HƏMAS isə bunu inkar edib. İranlı rəsminin açıqlamasına HƏMAS dərhal cavab verib:

“HƏMAS İran İnqilabı Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Ramazan Şərifin Əqsa əməliyyatı və onun səbəbləri ilə bağlı verdiyi açıqlamaların doğruluğunu rədd edir”.

Ehtimal olunur ki, iranlı komandirin sözləri Musəvinin öldürülməsindən sonra ölkədə hakimiyyətin passiv qalması ilə bağlı tənqidlərin artmasının qarşısını almaq üçün deyilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.