"BU MƏSƏLƏLƏR SÜLH SAZİŞİNƏ DAXİL EDİLMƏYƏCƏK" - Fərid Şəfiyev bəzi detalları açıqladı

29-12-2023, 00:10           
"BU MƏSƏLƏLƏR SÜLH SAZİŞİNƏ DAXİL EDİLMƏYƏCƏK" -
"Azərbaycanın hədəfi Ermənistanla sülh sazişidir və ona çox yaxınıq".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir: "Ən əsas odur ki, mənfi münasibət sıfıra endirilib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb".

F.Şəfiyev onu da söyləyib ki, hər bir sənəd şərti xarakter daşıyır: "Yəni hansısa sənəd imzalansa belə o nə vaxtsa pozula bilər".

Bundan başqa, Fərid Şəfiyev Ermənistanla anklav məsələlərinin delimitasiya çərçivəsində həll oluna biləcəyini deyib: “Sadəcə ortada anklav məsələləri var, ola bilsin ki, onlar delimitasiya çərçivəsində həll olunacaq.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.