İranın Təbrizdə erməni konsulluğu açmağının siyası məqsədləri...

29-12-2023, 10:07           
İranın Təbrizdə erməni konsulluğu açmağının siyası məqsədləri...
Rəsmi İrəvan gələn il Təbrizdə Baş konsulluq açacaq. İranın xarici işlər naziri Hüseyn Abdullahian İrəvana səfəri zamanı buna razılıq verdiklərini elan etdi.
Ermənistan konsulluğunun Təbrizdə - Azərbaycan şəhərində açılmasının konsulluq xidmətləri ilə əlaqəsinin olmadığı və birbaşa siyasi məqsədlərə hesablandığı bəllidir.
Birincisi, 2 milyon əhalinin yaşadığı Təbrizdə “Barun Avak” adlanan yalnız bir erməni məhəlləsi var və burada da cəmi min nəfərə yaxın erməni yaşayır;
İkincisi, ermənilər kompakt şəkildə İsfahanda yaşayır və bura İranın ikinci ən böyük şəhəridir.
Məqsəd həqiqətən də konsulluq xidmətinin göstərilməsidirsə, Ermənistan bunu cəmi min nəfərin yaşadığı Təbrizdə yox, ermənilərin kompakt yaşadığı və İranın ən böyük ikinci şəhəri olan İsfahanda açmalıdır, rəsmi Tehran da İrəvana Təbrizi yox, İsfahanı tövsiyə etməlidir. Vaxtilə Təbrizdə konsulluq açmağımıza müxtəlif bəhanələrlə mane olan İran Azərbaycana konsulluğu ikinci böyük şəhər olan İsfahanda açmağı tövsiyə edirdi.
Ermənistan konsulluğunun məhz Təbrizdə açılması istəyinin İrəvandan daha çox, Tehranın istəyi olduğu da istisna deyil.
Asif Nerimanli
Teref. Xocanın bloqu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.