Zaxarova Paşinyana belə cavab verdi: “Mən heç eşitməmişəm ki...”

8-02-2024, 09:54           
Zaxarova Paşinyana belə cavab verdi:
“Mən heç eşitməmişəm ki, Avropa İttifaqına üzvlük özünü elan etməklə müəyyən edilir. İkinci məqam ondan ibarətdir ki, əgər demokratiyadırsa, hər bir dövlətin öz milli kursunu, xalqın arzu və mənafeyinə uyğun müəyyən etmək onun suveren işidir. Ona görə də təbii ki, hər bir ölkə zəruri hesab etdiyi şeyi seçməkdə azaddır, yeri gəlmişkən, biz dəfələrlə bunu qeyd etmişik”.

“Cebhe.info” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın Qafqaz regionunun Avropa İttifaqının regionu elan edilməsi ilə bağlı sözlərini şərh edərkən deyib.

“Mən qarşılıqlı öhdəlikləri ehtiva edən bir sıra təhlükəsizlik müqavilələrini sadaladım. Ticarət, iqtisadi əlaqələr, humanitar əlaqələr sahəsində bizim eyni kompleksimiz var. Mənə elə gəlir ki, hamı bunu bilir, xatırlayır və bu, bizim üçün məsələ deyil.

Biz bütün bu öhdəliklərin üzərinə düşən hissəyə sadiqik, bu, bizim üçün boş söz deyil. Ona görə də müxtəlif siyasi düsturlar var, konkret xalqların həyatı var. Yenə də məncə, hər bir dövlət xadiminin və bütün hökumət strukturlarının vəzifəsi xalqın birinci yerdə olduğunu unutmamaq, hər şeyin xeyirxahlıq naminə edilməli olduğunu unutmamaq və xalqın qarşıya qoyduğu məqsəd və vəzifələri həyata keçirməkdir. Çünki biz demokratiyadan danışırıq.

Qalan hər şey hər bir suveren dövlət daxilində həll olunsun və reallıqlar, ehtiyaclar və istəklər və sair nəzərə alınmaqla uyğunlaşdırılsın”, - Zaxarova vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.