“Gallup” mərkəzinin Ermənistandakı sorğusu ortya hansı mənzərəni çıcartdı?

8-02-2024, 08:44           
“Gallup” mərkəzinin Ermənistandakı sorğusu ortya hansı mənzərəni çıcartdı?
“Gallup” mərkəzinin Ermənistanda keçirdiyi sorğunun nəticəsi iki əhəmiyyətli məqamı üzə çıxardıb. Birincisi, baş nazir Nikol Paşinyana ictimai etimad səviyyəsi azalıb. İkincisi, sorğu nəticəsinə görə, Ermənistanda Konstitusiyanın dəyişdirilməsinin əleyhinə olanlar tərəfdarları üstələyib. “Gallup” sorğu mərkəzinin baş ofisi ABŞ-da yerləşir. Qəbul olunub ki, Vaşinqton Nikol Paşinyanı dəstəkləyir və onun Moskva qarşısında zəifləməsini istəmir. Ancaq Vaşinqtonla bağlılığı olan sorğu mərkəzi erməni cəmiyyətinə və beynəlxalq aləmə əks-mesaj verib. Görünür, Vaşinqton Nikol Paşinyanı Ermənistan hakimiyyəti içərisində bir başqa tərəfdarı ilə dəyişməyi ciddi düşünür. Digər tərəfdən Vaşinqtonun Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu təşəbbüsünü bu vaxta qədər dəstəkləməməsi “Gallup” mərkəzinin bununla bağlı sorğusundan da aydın olur.
Elxan Şahinoğlu
TEREF: Xocanin Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru