Əbdül Fəttah Əl - Sisi Ərdoğanın Misir səfərindən cəsarətlənib

8-02-2024, 10:54           
Əbdül Fəttah Əl - Sisi Ərdoğanın Misir səfərindən cəsarətlənib
Misir prezidenti Əbdül Fəttah Əl - Sisi İsraillə əlaqələri yenidən gözdən keçirmək istədiklərini deyib. Görünür Türkiyə ilə yaxınlaşma, Ərdoğanın Misir səfəri Sisini cəsarətləndirib. Misir Qəzza məsələsindən istifadə edərək yenidən Ərəb dünyasında əsas güc sahibi olmaq niyyətindədir. Təbii ki, Qahirə yaxşı başa düşür ki, Ankaradan dəstək gəlməsə bu alınan deyil. Çünki Türkiyənin Ərəb dünyasındakı nüfuzu, xüsusilə Ərdoğanın nüfuzu çox güclüdür. Sisi Misirdə siyasi islamın qalıqlarını təmizləmək istəyir. Məhəmməd Mursinin prezidenti seçilməsi ilə birlikdə Müsəlman Qardaşları Hərakatının hakimiyyətə gəlməsi ərəb dünyasında narahatlıqla qarşılanırdı. Həmçinin Qərbdə Mursini qəbul edə bilmədi. İsrail Qəzzanı bombalayır, insanlar Misirə qaçır. Bu insanların çoxu Həmas və ya digər silahlı islamçı qrupların üzvləridir. Yada ailə üzvləri bu təşkilatların üzvləridir. Sisini bu hal ciddi narahat edir. Çünki vaxtilə FAT Suriyada Hafiz Əsədə, Misirdə Ənvər Sadata böyük problem yaşatmışdı. Sisi bu hallarla qarşılaşmaq istəmir. Ümumiyyətcə, Qahirə üçün ən məqbul variant Mahmud Abbasın rəhbərliyi altında zəif bir Fələstin dövlətinin yaradılması və Qəzzanın bu dövlətin tərkibinə keçməsidir. Misirdə Qəzzada qarışıqlıq istəmir. Qaldı ki, Misir - Türkiyə münasibətlərinin inkişafına, hər iki dövlət bunda maraqlıdır. İsveçin üzvlüyündən sonra Qərbin Türkiyə müdafiə sənayesinə sanksiyaları aradan qalxıb, Misir Türkiyənin bu sahədəki təcrübəsindən geniş şəkildə istifadə etmək istəyir. Həmçinin Türkiyədə Misir limanlarından geniş şəkildə istifadə etmək, eləcə də Misir bazarına daxil olmaq istəyir. Ankara - Qahirə yaxınlaşması regionda ən çox İsraili və Həması zəiflədəcək. Hər 2 dövlət maksimum şəkildə İsrailə təzyiq etməyə çalışacaqlar, həmçinin Sisi Qəzzanı Həmasın əlindən almaq, eləcə də bu təşkilatın Misirdə güclənməsinə imkan verməmək üçün var gücü ilə çalışacaq.
Zeynal Əmrəliyev
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.