Zaxarova ATƏT-in Azərbaycandakı prezident seçkisi ilə bağlı hesabatını tənqid etdi – VİDEO

9-02-2024, 18:44           
Zaxarova ATƏT-in Azərbaycandakı prezident seçkisi ilə bağlı hesabatını tənqid etdi – VİDEO
“Hər nə iş görülsə də, nə qədər namizəd olsa da, hansı platformaya, hansı partiyaya mənsubluğundan asılı olmayaraq, onlar üçün əvvəlcədən müəyyən edilmiş siyasi qərəzdən başqa heç nə önəmli deyil”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova Federasiya Şurasının komissiya iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən seçki ilə bağlı hesabatını şərh edərkən deyib.

O, qurumun Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı hesabatını tənqid edib.

“ATƏT/DTİHB-yə bir sualım var: Onlar ümumiyyətlə dövlət üçün kritik məqamda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşidiblərmi? Məncə, yox. Heç nə eşitməyiblərsə, deməli, seçkini necə müşahidə etmək barədə heç bir təsəvvürləri yoxdur”, – deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.