Almaniyanın xarici işlər nazirinin babası Berbok “qatı nasist” olub

9-02-2024, 18:38           
Almaniyanın xarici işlər nazirinin babası Berbok “qatı nasist” olub
Almaniyanın xarici işlər nazirinin babası Berbok “qatı nasist” olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” nəşri bugünkü nömrəsində məlumat yayıb.

Vermaxtın Valdemar Berbok üçün dosyesinə istinad edən nəşr vurğulayır ki, o, təkcə zabit deyil, həm də nasional-sosializmin qatı tərəfdarı olub.

Dosyedə bildirilir ki, o, “qeyd-şərtsiz nasional-sosialist” idi və Adolf Hitlerin “Mənim mübarizəm” (“Mein Kampf”) kitabını oxuyub, tamamilə “nasional-sosializm mövqeyində” durub.

Valdemar Berbok Vermaxtın heyətində 1945-ci ildə həlak olub. Onun 2015-ci ildə həyatdan köçən həyat yoldaşı Alma Almaniya XİN rəhbərinin sevimli nənəsi olub və Berbokun formalaşmasına böyük təsir göstərib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru