Avropa Komissiyası: Ukraynanın Aİ-yə daxil olması istiqamətində irəliləyiş var

10-02-2024, 10:34           
Avropa Komissiyası:
Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulma prosesində bütün zəruri mərhələlərdən keçməli olduğunu təsdiqləyib və eyni zamanda, ölkənin Avropaya inteqrasiya yolunda uğurlarını qeyd edib.

Bu barədə "Hurriyyet" “İnterfaks”a istinadən xəbər verir.

“Tamamilə aydındır ki, Avropa İttifaqına üzvlük prosesinin qısaldılması mümkün deyil. Biz bunu hər dəfə təkrarlayırıq: bu proses nailiyyətlərə əsaslanır. Hesabatlarda isə Ukraynanın Aİ-yə daxil olmaq üçün artıq hansı səyləri göstərdiyini görmək olar”, - bu gün Brüsseldə keçirilən brifinqdə AK sözçüsü Ana Pisonero deyib.

Onun sözlərinə görə, bu ölkənin düşdüyü vəziyyətə baxmayaraq, Avropa Komissiyası əldə olunan tərəqqini heyranedici hesab edir.

AK mətbuat katibi bildirib ki, qurum yaxın həftələrdə Aİ-nin Ukrayna ilə danışıqlar proseduru ilə bağlı öz yazışmasını üzv dövlətlərin müzakirəsinə təqdim edə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru