Litva Rusiyanı cəzalandırmağı tələb edir

4-03-2024, 10:28           
Litva Rusiyanı cəzalandırmağı tələb edir
Ukraynanın Odessa şəhərinə güclü zərbələrə görə, Litva Rusiya Federasiyası üçün ciddi və təcili nəticələr tələb edir.

Reyting.az xəbər verir ki, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis kamikadze dronla hündürmərtəbəli binaya edilən və beşi azyaşlı uşaq da daxil olmaqla, 12 nəfərin ölümü ilə nəticələnən hücumu dəhşətli qətl adlandırıb.

“Rusiya körpələri yuxuda qəsdən öldürməklə keçmiş və ya gələcək istənilən sülh sazişinə açıq-aşkar hörmətsizlik edir. Cəzasızlıq yox, ciddi və ani nəticələr olmalıdır”, - Landsbergis vurğulayıb.

Nazir eyni zamanda Qaydarjinin ailəsinin fotoşəkilini də paylaşıb.

Qeyd edək ki, Sergey və qızı hücum zamanı başqa otaqda olduqları üçün sağ qalıblar. Onun həyat yoldaşı Anna və dörd aylıq oğlu Timofey isə dünyasını dəyişib.

Xatırladaq ki, martın 2-nə keçən gecə Odessa növbəti dəfə Rusiyanın kamikadze dronunun hücumuna məruz qalıb. Dronlardan biri çoxmərtəbəli binaya çırpılıb. Xilasedicilər martın 3-nə keçən gecəyə kimi dağıntıları təmizləyərək insanları axtarıblar.

Rusiyanın hücumu 12 nəfərin həyatına son qoyub. Xilasedicilər dağıntılar altından 4 aylıq Timofey, 7 aylıq Liza, 3 yaşlı Mark, 8 yaşlı Zlata və 9 yaşlı Seryojanın cəsədlərini çıxarıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.