İsrail İrana xəbərdarlıq edib

11-04-2024, 11:14           
İsrail İrana xəbərdarlıq edib
İsrailin xarici işlər naziri İsrael Katz çərşənbə günü İrana İsrailin Suriyanın paytaxtındakı İran konsulluğuna zərbə endirməsindən bir həftə sonra İran ərazisindən İsrailə hücum etməsin deyə, xəbərdarlıq edib.

"İran öz ərazisindən hücum edərsə, İsrail buna cavab verəcək və İrana hücum edəcək" - deyə, Katz sosial media platforması X-də yazıb.

Katz bu mesaji İranın ali dini lideri Ayətullah Əli Xameneyinin hesabına da göndərib.

Bundan bir neçə saat əvvəl Xamneyi konsulluğa hücuma görə İsrail "cəzalandırılmalıdır" deyib.

İran dövlət televiziyası tərəfindən yayımlanan açıqlamada Xamneyi "Onlar konsulluq ərazimizə hücum edəndə sanki bizim ərazimizə hücum edib" deyib.

İsrail son illər Suriyada İranla əlaqəli hədəflərə qarşı hava hücumları həyata keçirir. İran aprelin 1-də konsulluğa edilən hücum zamanı 7 hərbi müşavirinin öldüyünü bildirib.

İsrail Qəzza zolağında İranın dəstəklədiyi HƏMAS silahlı qruplaşmasını məğlub etmək məqsədi ilə əks-hücum həyata keçirərkən, Livanda İsrail qüvvələri ilə İranın dəstəklədiyi Hizbullah militantları arasında tez-tez sərhədyanı toqquşmalar baş verir.

İran həmçinin Qırmızı dəniz və Ədən körfəzində kommersiya gəmilərinə hücumlar həyata keçirən Yəməndəki Husi militantlarını da dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru