Hindistan İrəvan vasitəsilə Qafqazda güclənmək istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...

12-04-2024, 00:02           
Hindistan İrəvan vasitəsilə Qafqazda güclənmək istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Hindistan 10 yeni ölkəyə hərbi attaşe göndərir və ilk dəfə olaraq Ermənistanda hərbi nümayəndə təyin olunacaq.

Bu barədə Hindistanın “PTI” informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Rəsmi Dehli digər ölkələrə 15-16 hərbi attaşe göndərir:

“Əsas diqqət Hindistanın hərbi-texniki əməkdaşlığı inkişaf etdirdiyi dövlətlərə verilir. Onlardan bəziləri artıq yeni vəzifələrdə işləməyə başlayıblar. Növbəti mərhələdə müxtəlif ölkələrdə silah ixrac edilən ölkələrə xüsusi diqqət yetirilməklə 10 yeni hərbi attaşe idarəsi yaradılacaq”.

Xüsusilə, ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edilib və Hindistan artıq onunla “Pinaka” buraxılış sistemlərinin, “Akaş” zenit-raket kompleksinin və digər silahların tədarükünə dair razılığa gəlib.

Məsələ ilə bağlı poitoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Hindistanın Ermənistana hərbi attaşe təyin etməsi Dehli ilə İrəvan arasında hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq məqsədi daşıyır:

“Böyük ehtimalla, Hindistanın Ermənistana təyin edəcəyi hərbi attaşenin əsas funksiyaları hər iki ölkə arasında hərbi xarakterli ticarət əlaqələrinin genişlənməsinə yönələcək. Hazırda Ermənistan Hindistanın istehsal etdiyi silahlara daha çox maraq göstərir. Hindistana gəlincə, onun hərbi sənaye kompleksinə yeni bazarlar lazımdır.

Çünki bu ölkədə istehsal olunan silah-sursat və hərbi ləvazimatın dünya bazarında alıcıları çox deyil. Ona görə də Dehli onun silahlarını almaqda maraqlı olan ölkələr axtarışındadır.

Ermənistan Hindistanın hərbi sənaye kompleksi üçün müəyyən mənada bazar rolunu oynayır. Məhz bu səbəbdən Dehli İrəvana hərbi attaşe təyin edir. Ancaq problem ondan ibarətdir ki, Hindistan istehsalı silahlar döyüş şəraitində sınaqdan keçirilməyib.

Hətta bəzi məlumatlara görə, indiyə qədər Hindistan tərəfindən Ermənistana satılan bir çox silahlar nasaz və qüsurlu çıxıb. Həmin silahlar yararsız vəziyyətdə anbarlarda saxlanılır.

44 günlük müharibədə də Ermənistan ordusunun istifadəsində olan Hindistan istehsalı raket sistemləri heç bir ciddi effekt vermədi. İrəvan həmin silahları qaytarıb Hindistandan pulunu geri almağa çalışsa da, bu mümkün olmadı.

Bütün bunlar onu göstərir ki, Hindistan üçün Ermənistan ilk növbədə özünün istehsal etdiyi silahları sata biləcəyi az saylı ölkələrdən biridir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.