Xameneyi İsraili vura biləcəkləri barədə xəbərdarlıq edib

12-04-2024, 11:04           
Xameneyi İsraili vura biləcəkləri barədə xəbərdarlıq edib
İranın Ali Dini Lideri Ayətullah Xameneyi İsraili vura biləcəkləri barədə xəbərdarlıq edib.

O, televiziya ilə yayımlanmış çıxışında deyib: “Şər rejimi cəzalandırılmalıdır və cəzasını da alacaq”.

Bundan sonra isə Birləşmiş Ştatlar Prezidenti Jo Bayden irana xəbərdarlıq edib. O deyib ki, İsraili qorumaq üçün əlindən gələni edəcək. O İsrailə ən möhkəm dəstəyi verəcəyini deyib.

Aprel ayında İsrail İranın Suriyadalı konsulluğuna zərbə endirib. İran bunun qisasını alacağını bildirib. İran deyib ki, artıq İsrail səfirlikləri onun hədəfində olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru