Berlindən Tehrana KRİTİK ZƏNG: İran "Dəməşq qisası"nı necə alacaq?

12-04-2024, 09:45           
Berlindən Tehrana KRİTİK ZƏNG:
"İran İsrailin keçən həftə Dəməşqdə konsulluğun binasını bombalamasına cavab vermək niyyətindədir, lakin bunu "uyğun və məhdud" şəkildə edəcək".

Publika.az "Axios"a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan cümə axşamı almaniyalı həmkarı Annalena Berboka deyib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri A.Berbok Bayden administrasiyasının tələbi ilə İrana zəng etmək təşəbbüsü ilə çıxış edib.

O, yüksək səviyyəli general Məhəmməd Rza Zahidinin ölümü ilə nəticələnən Dəməşq zərbəsinə görə İranın İsrailə potensial hücumunun münaqişəni gərginləşdirə biləcəyindən narahatlığını ifadə edib.

Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya zərbələr endirib. Nəticədə İran konsulluğunun binası dağıdılıb və SEPAH bölməsinin komandirləri generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi məhv edilib.

İran prezidenti İbrahim Rəisi daha sonra zərbəyə tezliklə cavab verəcəyini vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru