"İsrail İranın hücumuna hazırdır" - Yoav Qalant

13-04-2024, 00:05           
"İsrail İranın hücumuna hazırdır" - Yoav Qalant
“İsrail İranın hücumu zamanı özünü müdafiə etməyə hazırdır və hücuma necə cavab verməyi bilir”.

TEREF xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant deyib.

“Dünya Yaxın Şərqdə terrorçuların müvəkkillərini dəstəkləyən və maliyyələşdirən və İsraili hücumla hədələyən İranın əsl üzünü görür. Biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək quruda və havada özümüzü müdafiə etməyə hazırıq və necə cavab verəcəyimizi bilirik”, – deyə müdafiə naziri bildirib.

Xatırladaq ki, CBS telekanalı iki amerikalı rəsmiyə istinadən xəbər vermişdi ki, İran aprelin 12-də İsraili vura bilər. \\KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru