Azərbaycan və Pakistan üçün önəmli saziş

24-05-2015, 22:33           
Azərbaycan və Pakistan üçün önəmli saziş
Azərbaycan ilə Pakistan öz vətəndaşları olan məhkumları bir-birilərinə təhfil verə və təhfil ala biləcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin mayın 29-da keçiriləcək növbəti plenar iclasına daxil edilib.

Belə ki, Milli Məclisin növbəti iclasında “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.

Sazişin ümumi prinsiplərinə əsasən, razılığa gələn tərəflər bu Sazişə və öz milli qanunların müddəalarına uyğun olaraq məhkum edilmiş şəxslərin verilməsinə münasibətdə hərtərəfli əməkdaşlıq etməyi öhdələrinə götürürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru