Rusiya mediası: Kreml Finlandiya sərhədində ballistik raketlər yerləşdirməyi planlaşdırır

24-04-2024, 13:14           
Rusiya mediası: Kreml Finlandiya sərhədində ballistik raketlər yerləşdirməyi planlaşdırır
Rusiya mətbuatı yazır ki, Kreml Finlandiya ilə sərhədi yaxınlığında ballistik raketlər yerləşdirməyi planlaşdırır.

Bu, Moskvanın Ukraynanı işğalından sonra keçən ilin aprelində NATO-ya qoşulduqdan sonra Rusiyanın Şimali Avropa dövlətinə qarşı bir sıra hərbi və hibrid təhdidlərin sonuncusudur.

Rusiyanın “İzvestiya” qəzeti Finlandiya ilə həmsərhəd Kareliya bölgəsində “İsgəndər-M” ballistik raket sistemi ilə təchiz edilmiş yeni briqadanın yerləşdiriləcəyini yazıb. “İzvestiya” Rusiyanın Baltik Donanmasının keçmiş komandanı, admiral Vladimir Valuyevə istinadən yazır ki, “raket briqadasının yaradılması çox vaxtında verilmiş qərardır. Bu, Finlandiyanın NATO-ya daxil olmasına adekvat cavabdır”.

Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun təhlükəsizlik üzrə analitiki Çarli Salonius-Pasternak deyib ki, Finlandiyaya yaxın olmasına baxmayaraq, potensial yerləşdirmə Helsinkidə həyəcan təbili çalmır.

Finlandiya xəbərdarlıq edib ki, NATO-ya üzv olduqdan sonra Rusiya tərəfindən müxtəlif təhlükəsizlik və hibrid təhdidlərlə üzləşib. 2023-cü ilin ikinci yarısında Finlandiyanın alyansa qoşulmasından sonra Yəmən, Suriya və Somali də daxil olmaqla, bəzi ölkələrdən 1300-dən çox miqrant sığınacaq tələbi ilə Finlandiya-Rusiya sərhədinə gəlməyə başlayıb.

Helsinki noyabr ayında Kremli miqrasiyadan silah kimi istifadə etməkdə ittiham edərək, sərhəd boyu bütün keçid məntəqələrini bağlayıb. Keçid məntəqələri qısa müddətə yenidən açılsa da, miqrant axınının növbəti artımından sonra yenidən bağlanıb.

Bu ayın əvvəlində bağlanma qeyri-müəyyən müddətə uzadılıb. Finlandiya gələcək miqrant böhranının qarşısını almaq üçün Avropa İttifaqından yardım istəyir.

Finlandiyanın Baş naziri Petteri Orpo cümə günü Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenlə sərhəd bölgəsinə səfər edib.

“İndi biz Rusiyanın bizə qarşı qeyri-qanuni immiqrantlardan istifadə etdiyi zaman bu fenomeni dayandırmaq üçün ümumi həll yolları tapmalıyıq. Biz öz qanunvericiliyimizi hazırlayırıq, lakin bizim Aİ səviyyəsində tədbirlərə də ehtiyacımız var”, Orpo bildirib.

Von der Leyen Aİ-nin dəstəyinə söz verib: “Bu, yeni bir fenomendir. Bu hibrid təhdiddir və onunla milli təhlükəsizliyə hibrid təhdid kimi yanaşmaq lazımdır. Gördüyümüz odur ki, bir dövlət yoxsul insanları başqa dövlətə təzyiq göstərmək üçün alət edir. Beləliklə, bu, açıq bir təhlükəsizlik məsələsidir və biz bununla kifayət qədər uzun müddət məşğul olacağıq və buna hazırlaşmalıyıq”, o, Rusiya sərhədindəki İmatra sərhəd keçid məntəqəsində jurnalistlərə bildirib.

Finlandiya 1340 kilometrlik sərhədin bir hissəsi boyunca hasar çəkir və patrulları artırır. Hökumət Rusiyadan sığınacaq axtaranların ölkəyə girişini əngəlləyən qanun layihəsini müzakirə edir.
Von der Leyen deyib ki, istənilən bu cür tədbirlər təhlükəsizliyin qorunması ilə qaçqınların hüquqlarına dair beynəlxalq öhdəliklər arasında tarazlıq yaradılmalıdır.

Təhlilçi Çarli Salonius-Pasternak bildirib ki, təhdidlər miqrant böhranından kənara çıxır.

“Finlandiya hakimiyyəti kiberhücumlar, ola bilsin ki, infrastruktura digər hücumlar, eləcə də insanların silahlanması davam edəcəyini təxmin edir. İndi qışın bitməsi ilə uzun sərhəd təbii ki, daha keçərli olacaqr”- deyə, o əlavə edib.

Rusiya isə Finlandiya sərhədində miqrant böhranı yaratmaq cəhdini inkar edir. Moskva Finlandiyanın NATO-ya daxil olmasını “tarixi səhv” adlandırıb və bunun onu “əks tədbirlər” görməyə məcbur edəcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.