Putinin adını çəkmədiyi “sirli vasitəçi” kimdir? - Məlum oldu

15-06-2024, 11:58           
Putinin adını çəkmədiyi “sirli vasitəçi” kimdir? - Məlum oldu
Xəbər verildiyi kimi, Vladimir Putin Rusiya XİN rəhbərliyi ilə görüşündə müharibənin əvvəlində - 2022-ci il martın 5-də Qərbdən olan bir vasitəçi ilə danışıqlar apardığını deyib.

“AzPolitika” xəbər verir ki, həmin “sirli vasitəçi”nin adını çəkməyən Putin onun Almaniya, Fransa və ABŞ-nin dəstəyini aldığını iddia edib.

Putin deyib ki, guya həmin vasitəçiyə Rusiyanın Krıma quru yolu təmin olunması şərtilə müharibəni dayandırmağa hazır olduğunu və Xerson, Zaporojye vilayətləri üzərində Ukraynanın suverenliyini istisna etmədiklərini deyib. Putinin sözlərinə görə, vasitəçi bu şərtləri Kiyevdə səsləndirib, lakin Ukrayna onları Böyük Britaniyanın o vaxtkı Baş nazirinin təkidi ilə rədd etdiyini iddia edilib.

Putin həmin vasitəçinin adını çəkməsə də, Ukrayna mətbuatı söhbətin İsrailin keçmiş baş naziri Naftali Bennetdən getdiyini yazıb. Həmin günlərdə məhz Bennet Moskvada səfərdə olub. O vaxt yayımlanan rəsmi məlumatda Putinin Bennetlə “Ukraynadakı vəziyyətin müxtəlif aspektlərinin müzakirə edildiyi” qeyd olunub.

“RİA-Novosti” də Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevə istinadla Putinin qeyd etdiyi “gizli vasitəçi”nin Bennet olduğunu təsdiqləyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.