Sabir Rüstəmxanlının adı niyə siyahıda yoxdur? - "Hər şey ola bilər..."

10-07-2024, 17:42           
Sabir Rüstəmxanlının adı niyə siyahıda yoxdur? - "Hər şey ola bilər..."
Adımın siyahıda olub-olmaması seçkilərdə iştirak etməyəcəyim anlamına gəlmir.

Bu sözləri Globalinfo.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı adının partiyanın ilkin namizədlər sırasında olmamasına aydınlıq gətirərkən deyib.

O, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısının hələ tam hazır olmadığını bildirib:

“Tam siyahı 3-4 günə çıxacaq. Hazırda yalnız namizədliyini irəli sürmək istəyənlərin və ya dairələrə müraciət edənlərin adları açıqlanıb. Namizədliyimi irəli sürüb-sürməyəcəyimi yekun siyahı çıxdıqda görəcəksiniz. İndi bir söz deyə bilmərəm. Qərarımı 3-4 günə açıqlayacam. Namizədliyimi irəli sürə də bilərəm, sürməyə də… Hər şey ola bilər (gülür)”.

Xəbəri Facebook-da paylaş

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru