Bu iki ziddiyyətli tezis rus cəmiyyətini psixoza sürükləyən amillərdən biridir…
12-07-2024, 12:54
Moskvanın təbliğat maşını iddia edir ki, Rusiya Avropa ilə döyüşmək niyyətində deyil. Bunu da onunla “izah” edir ki, qüvvələr müqayisəyə gəlmir; əgər Avropa İttifaqının 500 milyon əhalisi varsa Rusiyanınkı cəmi 150 milyondur… Və bu səbəbdən də hərbi münaqişə mümkün deyil və hətta absurddur… Çox gülməli məntiqdir. Çünki ruslar 10 ilə yaxındır hər gün tutuquşu kimi təkrarlayırlar ki, 40 milyon əhalisi olan Ukrayna 150 milyon əhalisi olan Rusiyaya hücum etmək niyyətindədir. Bu iki ziddiyyətli tezis rus cəmiyyətini psixoza sürükləyən amillərdən biridir… İbrahim Nebioğlu TEREF