"NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb" - Stoltenberq
12-07-2024, 08:27
NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının iclasından əvvəl keçirdiyi mətbuat konfransında deyib.
Bundan əvvəl NATO-ya üzv ölkələrin liderləri Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəliblər.
Sənəddə vurğulanıb ki, NATO ölkələri Ukraynaya təsdiq edilmiş hərbi yardımın göstərilməsi prosesi haqqında ildə iki dəfə hesabat verəcəklər.