Zəngəzur Ermənistan və AİB arasında İranla ticarət üçün “qapı”dır – Rusiyalı diplomat

18-07-2024, 10:58           
Zəngəzur Ermənistan və AİB arasında İranla ticarət üçün “qapı”dır –
Sünik (Zəngəzur – red.) bölgəsi Ermənistan və AİB arasında İranla ticarət üçün “qapı”dır.

interpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İrəvandakı səfiri Sergey Kopırkin Sputnik Ermənistan-a müsahibəsində deyib. O, qeyd olunan regionun Qafan şəhərində Rusiya Baş Konsulluğunun açılmasını şərh edərkən bildirib.

“Belə həssas regionda (Rusiya Federasiyasının) diplomatik mövcudluğunun genişləndirilməsi, digər məsələlərlə yanaşı, Cənubi Qafqazın hələ də davam edən və daim xarici oyunçular tərəfindən dəstəklənən münaqişə potensialını azaltmaq məqsədi daşıyır”, – səfir vurğulayıb.

Bu sahədə ikinci baş konsulluğun açılması haqqında sərəncamı 2023-cü ilin noyabrında Rusiyanın baş naziri Mişustin imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru