Maduro: İlon Mask,mən səndən qorxmuram!

1-08-2024, 12:25           
Maduro: İlon Mask,mən səndən qorxmuram!
Amerikalı sahibkar İlon Mask Venesuela Prezidenti Nikolas Maduronun döyüşə dəvətini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə milyarder sahibi olduğu “X” sosial şəbəkəsində yazıb.

“Qəbul edirəm”, – deyə Mask Venesuela liderinin onu döyüşə dəvət etməsi barədə paylaşılmış xəbəri şərh edib.

İş adamı daha sonra Maduronun “qorxacağını” vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İlon Mask Venesuelada keçirilmiş seçkilərdə qalib elan olunmuş Nikolas Maduronu saxtakarlıqda ittiham etmişdi. Biznesmen sosial şəbəkədə “venesuelalıların Maduronun kommunist diktaturasına son vermək qərarına gəldiklərini” yazmışdı. Buna cavab olaraq Maduro milli televiziyanın canlı yayımında milyarderi “əzəli düşmən” adlandıraraq onu döyüşə çağırıb: “Dalaşmaq istəyirsən? Gəl onda edək. İlon Mask, mən hazıram, mən səndən qorxmuram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru