Pekin ABŞ-yə xəbərdarlıq etdi: "Tayvana silah tədarükünü dayandırın"

29-08-2024, 16:34           
Pekin ABŞ-yə xəbərdarlıq etdi:
"ABŞ Tayvana silah tədarükünü dayandırmalı və Çinin birləşməsi siyasətini dəstəkləməlidir".

CCTV xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Van İ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşdə deyib.

Vanq İ Vaşinqtonu 2023-cü ilin payızında San-Fransiskoda ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən danışıqlarda əldə edilmiş razılaşmalara əməl etməyə çağırıb.

Xatırladaq ki, həmin görüşdə Vaşinqton Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini dəstəklədiyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru