Çinli diplomatdan ABŞ-a çağırış: praqmatik siyasətə qayıdın

1-09-2024, 11:15           
Çinli diplomatdan ABŞ-a çağırış: praqmatik siyasətə qayıdın
Çjan Yusya vurğulayıb ki, Pekin ABŞ və Çinin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə gedəcəyinə ümid edir.
Birləşmiş Ştatlar Çinə qarşı rasional və praqmatik siyasətə qayıtmalı və bizimlə birlikdə iki ölkənin orduları arasında qarşılıqlı əlaqə və mübadilələri təşviq etməlidir. Bunu Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Çjan Yusya bildirib.
Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Çjan Yusya Pekində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
"Birləşmiş Ştatlar Çinlə bağlı strateji yanaşmasını düzəltməli, Çinə qarşı rasional və praqmatik siyasətə qayıtmalı, əslində Çinin əsas maraqlarına hörmət etməli, iki ordu arasında əməkdaşlıq və mübadilələri inkişaf etdirmək üçün Çinlə işləməlidir", - Çjan Yusya bildirib.
Çjan Yusya vurğulayıb ki, Pekin ABŞ və Çinin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə gedəcəyinə ümid edir.
Onun sözlərinə görə, Tayvan məsələsi Çin-Amerika münasibətlərinin siyasi əsasıdır və ÇXR ilə ABŞ arasında münasibətlərdə əsas keçilməz qırmızı xəttdir və Çin ABŞ-dan adaya silah tədarükünü dayandırmağı tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru