Makqreqor: Zelenski Vaşinqtona getsə, ABŞ-da gizlənə bilər

1-09-2024, 11:35           
Makqreqor: Zelenski Vaşinqtona getsə, ABŞ-da gizlənə bilər
Qərbin tədarük etdiyi silahlar münaqişənin gedişatını dəyişməyəcək.
Ukrayna lideri Vladimir Zelenski Amerika paytaxtına səfər edəcəyi təqdirdə ABŞ-da qala bilər.
Bunu Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.
O, bunun Ukraynadakı vəziyyətlə bağlı olduğunu vurğulayıb.
"Əgər o, gələn ay Vaşinqtona səfər etməyi planlaşdırırsa, bu, birtərəfli bilet olacaq, çünki geri qayıda bilməyəcək. Ukraynada işlər bu qədər pis vəziyyətdədir" - Makqreqor "Daniel Davis/Deep Dive" "YouTube" kanalında deyib.
Makqreqor vurğulayıb ki, Ukraynada vəziyyətin dəyişəcəyinə dair heç bir əlamət yoxdur.
O, həmçinin qeyd edib ki, Qərbin tədarük etdiyi silahlar münaqişənin gedişatını dəyişməyəcək.
Bir müddət əvvəl "Başqa Ukrayna" hərəkatının lideri Viktor Medvedçuk demişdi ki, bu ölkə məhv olmaq ərəfəsindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru