Bayden başına Trampın adı yazılan papaq taxdı

12-09-2024, 18:18           
Bayden başına Trampın adı yazılan papaq taxdı
ABŞ Prezidenti Co Bayden respublikaçıların ali vəzifəyə namizədi Donald Trampa dəstək üçün başına papaq qoyub.

Oxu.Az-ın bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi müavini Endrü Beyts "X" sosial şəbəkəsində məlumat verib.

"Prezident Şenksvill yanğınsöndürmə stansiyasında 11 sentyabrdan sonra ölkənin ikipartiyalı birliyindən danışıb. Jest olaraq o, Tramp tərəfdarına öz papağını verib. O da əvəzində ABŞ bayrağı və respublikaçılardan prezidentliyə namizədi olan Donald Trampın adı yazılan papağı Baydenə verib. Bayden isə onu başına taxıb", - deyə o yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru